“Real Madrid” Almaniyanın ən yaxşı futbolçusunu alır
“Real Madrid” (İspaniya) Almaniyanın ən yaxşı futbolçusu Florian Virtzi almaq üçün “Bayer Leverkuzen”lə razılığa gəlib.
Məlumata görə, futbolçu gələn ilin yayında Kral klubuna keçəcək. Transfer məbləği təxminən 150 milyon avro olacaq.
Bu mövsüm “Bayer”in 21 yaşlı hücumameyilli yarımmüdafiəçisi 18 qol vuraraq komandasının tarixdə ilk dəfə Bundesliqanı və Almaniya Kubokunu qazanmasına kömək edib. Onun klubla müqaviləsi 2027-ci ilədəkdir.(oxu.az)
Sonxeber.az