Eylül 2024
P S Ç P C C P
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
4 Ekim 2024

Arvadına xəyanət edərkən tutulan vəzifəli şəxs işdən azad edildi

Braziliyada Bələdiyyədə müşavirin müavini vəzifəsində çalışan şəxs arvadına xəyanət edərkən tutulduğu üçün vəzifəsindən uzaqlaşdırılıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə sentyabrın 12-də Niteroi şəhərində baş verib. Müdafiə və İctimai Xidmətlər Departamentində müşavirin müavini vəzifəsində çalışan Marselo Serra Praia Grande otelindən çıxarkən həyat yoldaşı Qabrielle Kienen tərəfindən bir qadınla tutulub.

Kienen ərini bələdiyyə maşınında başqa qadınla görüb əsəbiləşib. O, maşının şüşəsinə vuraraq qapını açıb və Serraya qışqırmağa başlayıb.

Kienen ərinin mövqeyini və vəzifəsini qışqıraraq açıq şəkildə ifadə edib.

Hadisə sosial şəbəkədə sürətlə yayılaraq bələdiyyə rəhbərliyinin diqqətini çəkib. Bunun üzərinə Serra vəzifəsindən azad edilib.

Bələdiyyə öz açıqlamasında xidməti avtomobillərdən şəxsi məqsədlər üçün istifadənin qadağan edildiyini bildirsə də, işçilərin şəxsi həyatı ilə bağlı şərh verməyəcəklərini də əlavə edib.

Sonxeber.az

Xəbərçi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir