Qonşu davası nəticəsində ata, oğul və gəlin öldürüldü
Mersinin Mut rayonunda qonşuları ilə mübahisə nəticəsində T.K. adlı şəxs ata, oğul və gəlini ov tüfəngi ilə öldürüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə rayonun Çömələk məhəlləsində baş verib. Belə ki, məhəllə sakinlərindən T.K. kənd təsərrüfatı maşını ilə yoldan keçərkən qonşuları Kamal Vəli Akyaka (65) və uşaqları ilə mübahisə edib. Daha sonra evə gedərək ov tüfəngini götürüb, hadisə yerinə gəlib və ata Kamal Vəli, oğlu Durmuş (35) və gəlin Ruhan Akyaka (35) atəş açıb.
Qonşuların məlumatı üzrə hadisə yerinə təcili tibbi yardım və polis sövq edilib. Təcili tibbi yardım əməkdaşları vurulan 3 adamın da həyatını itirdiyini müəyyən edib. Şübhəli T.K.-nın əraziyə gedən polisə təslim olub.
Hadisə ilə bağlı araşdırmalar davam edir.