Son dövrlər mesajlaşma tətbiqlərində istifadəçi hesablarının ələ keçirilməsi halları kibertəhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Dələduzlar müxtəlif aldatma üsullarından, saxta mesaj və keçidlərdən, eləcə də təsdiq kodlarını ələ keçirmək cəhdlərindən istifadə edərək vətəndaşların şəxsi yazışmalarına və hesablarına giriş əldə etməyə çalışırlar. İkiaddımlı doğrulama funksiyası əlavə təhlükəsizlik yaratsa da, istifadəçilərin diqqətli olması və hesabların qorunması üçün zəruri tədbirləri görməsi vacibdir.
Bəs, WhatsApp hesabları ən çox hansı üsullarla ələ keçirilir və ikiaddımlı doğrulama aktiv olduğu halda belə bu risk mövcud ola bilərmi? Vətəndaşlar hesablarının təhlükəsizliyini qorumaq üçün hansı tədbirləri görməli, hesabları ələ keçirildikdə isə ilk növbədə hansı addımları atmalıdırlar?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən İnformasiya Texnologiyaları üzrə Mühəndis, Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev də bildirib ki, som günlər müşahidə edilə bilər ki, bəzi istifadəçilər öz WhatsApp hesablarınını itirirlər.