Paytaxtın Yeni Ramana qəsəbəsində ətin qiymətində artım müşahidə olunur.
Metbuat.az-ın məlumatına görə, Yeni Ramananın inzibati ərazi bölgüsünə daxil olan “Suşa” şəhərciyində bu gündən etibarən həm dana, həm də quzu ətinin qiyməti bahalaşıb. Dünən dana ətinin bir kiloqramı muştərilərə 16-17 manata təklif olunduğu halda bu gün 18 manata satılır. Quzu əti isə heyvanın çəkisindən asılı olaraq 20-21 manata alıcılara təklif olunur.
Qəssablar müxbirimizə söhbət zamanı qiymət artımını rayonlarda ətin bahalaşması ilə əlaqələndiriblər. Onlar Novruz və Ramazan bayramlarının yaxınlasmasının qiymət artımına təsir göstərdiyini bildiriblər.