
“Hörümçək-adam: Kainatdan kənarda” cizgi filminin premyerası yenidən təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Deadline” yazır.
Bildirilir ki, bu dəfə təqdimat 25 iyun 2027-ci ilə keçirilib.
Cizgi filmi artıq bir neçə dəfə təxirə salınıb. Onun nümayişi əvvəlcə 2024-cü ilin martında, daha sonra cari ilin 4 iyununda gözlənilirdi.
Franşizanın ilk filmi ən yaxşı animasiya filmi nominasiyasında “Oskar” qazanıb.