İstanbulun Etiler səmtində it gəzdirməklə yüksək gəlir əldə etdiyini iddia edən bir şəxsin paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Sonxeber.az türm mediasına istinadən xəbər verir ki, Etiler ərazisində it gəzdirdiyini bildirən vətəndaş saatlıq qazancının 1500 TL olduğunu qeyd edib. O, gündə 4 it gəzdirdiyi halda aylıq gəlirinin 150 min TL-yə çatdığını iddia edib.
Paylaşımda daha sonra belə ifadələr yer alıb: “Etiler-də it gəzdirdirəm, saatı 1500 TL-dir. Gündə 4 it gəzdirdiyimdə ayda 150 min edir. Xərc yoxdur, vergi yoxdur, qəbz yoxdur. Yeganə sərmayəm vaxtımdır. Mühəndislik oxuyan dostlarım hələ də təcrübə yeri tapa bilmir. Oxumayın, gedin varlı məhəllələrdə iş axtarın, məntiqli işlərlə qısa zamanda pul qazana bilərsiniz”.
Qısa müddətdə geniş yayılan bu paylaşım xüsusilə gənclər arasında peşə seçimi, təhsil və gəlir gözləntiləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.