
“Peşə təhsili üzrə yeni təsnifat layihəsi hazırlanır”.
Oxu.Az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili üzrə tələbə qəbulu ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, bu layihənin həyata keçirilməsi ilə artıq bir sıra yeni ixtisaslar üzrə qəbullar aparılacaq, bəziləri isə tamamilə qəbuldan çıxarılacaq.
Direktor qeyd edib ki, sənətkarlıq istiqamətində olan ixtisaslara maraq azdır.
C.Kərəmovun sözlərinə görə, bəzi ixtisaslar üzrə qəbulun dayandırılma səbəbi həmin ixtisaslara tələbatın az olması ilə əlaqədardır.