Ramzan Kadirov təyyarə qəzasında zərərçəkənlərə və onların ailələrinə maddi yardım ayrılması göstərişi verib.
“Operativ Media” xəbər verir ki, Azərbaycan Prezident Administrasiyası bundan imtina edib:
“Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir” – mənbə bildirib.