Səhər saatlarında Bakıdan Minvod istiqamətində uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb.
Bu barədə məlumatı jurnalist Şakir Eminbəyli yayıb.
O, paylaşımında bildirib:
“Sonuncu faciə niyə dərs olmur? Şimali Qafqaza uçuşlara AZAL-da kim göstəriş verir?”
Məsələ ilə bağlı AZAL-a müraciət ünvanladıq. Ətraflı məlumatın veriləcəyi bildirilib.
Görüntüləri isə “Flightradar24” paylaşıb.