Yaz mövsümünün gəlişi ilə bağlı bir çox ərazi olduğu kimi, Nəsimi rayonu ərazisində də genişmiqyaslı təmizlik və abadlıq tədbirləri həyata keçirilib. Rayon ərazisində fəaliyyət bütün xidmət sahələrinin birgə idarə ilə Ümumi Şəhər iməciliyi təşkil olunub.
Keçirilən iməcilik rayonun küçə və prospektləri, yaşayış binalarının həyətləri, ictimai istifadə əraziləri təmizlənmiş, tullantılar daşınıb. Eyni zamanda yaşıllıq sahələrinə qulluq olunub, ağac və kollar budanıb, ətraf mühitin daha səliqəli və estetik görünüş alması üçün tədbirlər görülüb.
İməciliyin qurulmasında kommunal xidmət təşkilatları, mənzil-kommunal təsərrüfatı, yaşıllaşdırma idarələrinin və digər yardımçı qurumlar fəaliyyətə cəlb olunub. Görülən tədbir rayonun bir çox ərazilərində təmizlik və abadlıq səviyyəsini daha da yaxşılaşdırıb.
Qeyd etmək lazımdır ki, bu cür iməcilik aksiyalarının keçirilməsi ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, şəhər mühitinin daha təmiz və sağlam olmasına mühüm töhfə verir. Eyni zamanda aparılan bu prosesdə fəaliyyət göstərən qurumlardan və vətandaşlardan şəhərin formalaşdırılması üçün xüsusi dəstək göstərilmişdir.
Mütəmadi olaraq həyata keçirilən bu cür tədbirlər Nəsimi rayonunda təmizlik və abadlıq işlərinin davamlı şəkildə həyata keçirilməsinə xidmət edir və sakinlərin daha rahat və sağlam şəraitdə yaşamasına şərait yaradır.
