
Türkiyəli müğənni Edis dünən Bakı-Qroznı təyyarə reysində baş verən qəza ilə bağlı Azərbaycana başsağlığı verib.
Sonxeber.az xəbər verir ki, o, sosial şəbəkə paylaşım edib.
“Allah rəhmət eləsin”, – deyə müğənni paylaşımında qeyd edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən “Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.